...

Novruz Məmmədov: Azərbaycanla Ermənistan arasında razılaşdırılmamış məsələ elə Dağlıq Qarabağdır

Siyasət Materials 12 Dekabr 2006 13:18 (UTC +04:00)
Novruz Məmmədov:  Azərbaycanla Ermənistan arasında razılaşdırılmamış məsələ elə Dağlıq Qarabağdır

Belə başa düşmək olar ki, Azərbaycanla Ermənistan prezidentləri arasında Minsk görüşü zamanı razılaşdırılmamış yeganə məsələ elə Dağlıq Qarabağdır. Trend in xəbərinə görə, bu barədə dekabrın 12-də jurnalistlərə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

"Nəzəri ümumiləşdirmə aparsaq, belə başa düşmək olar ki, tərəddüd Ermənistan tərəfdə məhz Azərbaycanın ərazi bütövlüyünə razılıq verməsi məsələsidir. Zaman-zaman bu tərəddüd Ermənistan tərəfin mövqeyində özünü birüzə verir. Söhbət ondan gedir ki, Ermənistan bu danışıqları apara-apara dünya ictimaiyyəti ilə bir mövqe tutur, ikinci tərəfdən isə, Dağlıq Qarabağda konstitusiya referendumu keçirilr. Bu o deməkdir ki, onlar danışıqlarında da səmimi deyillər. Eyni zamanda beynəlxalq təşkilatların, dünya birliyinin, müəyyən ölkələrin bəyanatlarına baxmayaraq bir tərəfdən guya ki, konstruktiv danışıqlar aparırlar, digər tərəfdən isə Dağlıq Qarabağın müstəqilliyini təmin edəcək referendum keçirmək istəyirlər" - deyə N.Məmmədov söyləyib.

N.Məmmədovun sözlərinə görə, bütün bu məsələlər hələlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəqiq söz deməyə imkan vermir. Lakin N.Mməmədov danışıqların yenə davam etdirilməsini vacib sayır.

Xəbər lenti

Xəbər lenti