...

Əli Əhmədov: "YAP-ın 15 illik yubileyi öz adına layiq, yüksək səviyyədə qeyd olunacaq"

Siyasət Materials 12 Dekabr 2006 14:28 (UTC +04:00)

Gələn il hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 15 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bu barədə Trend ə Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov məlumat verib.

O bildirib ki, gələn il noyabrın 21-də YAP-ın təsis olunmasının 15 ili tamam olacaq. Bu münasibətlə partiya silsilə tədbirlər keçirəcək: "Partiyamızın 15 illik yubileyi öz adına layiq, yüksək səviyyəli və əhatəli şəkildə qeyd olunacaq"- Ə.Əhmədov qeyd edib.

O əlavə edib ki, bu gün - dekabrın 12-də YAP-ın qurucusu, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin vəfatının üçüncü ildönümü ilə bağlı partiyanın müxtəlif strukturları, rayon təşkilatları tərəfindən tədbirlər keçirilir: "Bu gün YAP-ın Gənclər Təşkilat "Atatürk" mərkəzində geniş bir anım tədbiri keçirib. YAP-ın bütün rayon təşkilatarında da bu tipli tədbirlər təşkil olunur. Partiyamızın bütün üzvləri Heydər Əliyevin ruhuna hörmət və ehtiramlarını nümayiş etdirirlər. Bu tədbirlər həm də partiya fəallarının Heydər Əliyev ideyalarına, onun siyasi kursuna sadiqliyini göstərir".

Qeyd edək ki, YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti