...

Yaqub Eyyubov: Azərbaycan hökuməti Rusiya ilə 2007-ci ildə elektrik enerjisi və qaz alınması istiqamətində danışıqları davam etdirir

Siyasət Materials 12 Dekabr 2006 15:13 (UTC +04:00)
Yaqub Eyyubov: Azərbaycan hökuməti Rusiya ilə 2007-ci ildə elektrik enerjisi və qaz alınması istiqamətində danışıqları davam etdirir

Hazırda Azərbaycan hökuməti Rusiya ilə 2007-ci il üçün elektrik enerjisinin və qazın alınması istiqamətində danışıqları davam etdirir Trend in xəbərinə görə, bu barədə dekabrın 12-də jurnalistlərə baş nazirin birinci müavini Yaqub Eyyubov məlumat verib.

"Rusiya tərəfi pik saatlarında Azərbaycana maksimum 60 MVt elektrik enerjisi vermək niyyətindədir: Amma hələlik bu öz təsdiqini tapmayıb. Yəqin ki, ilin sonuna qədər bu məsələ həllini tapacaq "- deyə Y.Eyyubov bildirib.

Y.Eyyubovun sözlərinə görə, Rusiyada olan azərbaycanlıların problemlərinin öyrənilməsi üçün yaradılmış hökumət komissiyası müntəzəm olaraq iclaslar keçirir və artıq soydaşlarımızın problemləri öyrənilib: "Bu gün Rusiya hökuməti özü hələ çıxardığı qərarın icrası istiqamətlərini müəyyənləşdirməyib. Tərəfimizdən müəyyən işlər görüləcək".

Xəbər lenti

Xəbər lenti