...

ADP sədrinin birinci müavini ABŞ səfirinin müşaviri ilə görüşüb

Siyasət Materials 12 Dekabr 2006 15:24 (UTC +04:00)

Azərbaycan Demokat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu partiyanın qərargahında ABŞ-ın ölkəmizdəki səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka Naslindlə görüş keçiib. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi proseslər, söz və mətbuat azadlığının vəziyyəti, demokratiyanın inkişaf problemləri, iqtidar-müxalifət dialoqu və bir sıra diqqət çəkən məsələlər müzakirə obyekti olub. S.Cəlaloğlu R.Naslindin diqqətinə son zamanlar azad mətbuatın problemləri, müxalifət partiyalarının üzvlərinə qarşı təzyiqlər barədə məlumat verib. Eyni zamanda iqtidar-müxalifət dialoqu barəsində ölkə başçısının səsləndirdiyi fikirləri müsbət dəyərləndirdiyini, lakin bu dialoqun baş tutmamasına çalışan qüvvələrin mövcud olduğunu deyib. S.Cəlaloğlu iqtidar nümayəndəsinin də qatılmasını nəzərdə tutan "Milli Forum" ideyasının həyata keçirilməsi ilə əlaqədar dövlət başçısına rəsmi məktubla müraciət etdiyini bildirib.

Rebeka Naslind müzakirə olunan məsələlər barəsində ABŞ-ın ölkəmizdəki səfirinə məlumat verəcəyini bildirib. Xüsusilə də iqtidar-müxalifət dialoqunun baş tutması üçün təmsil etdiyi səfirliyin ciddi səy göstərəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti