...

Gəncədə elektrik enerjisindən istifadə edən abonentlərin 60 faizi ödənişə cəlb olunub

Siyasət Materials 12 Dekabr 2006 17:36 (UTC +04:00)

Bu ilin noyabr ayı ərzində Gəncə şəhəri üzrə əhaliyə ümumilikdə 27 742 643 kilovat saat elektrik enerjisi verilib. Bu barədə məlumatı Trendə Gəncə Reqional Enerji Təchizat MMC-nin mətbuat xidmətinin rəisi Rafiq Abbasov verib.

Onun sözlərinə görə, bu müddətdə istifadəçilərdən bu enerjinin yalnız 39,6%-nin pulu yığılıb. Belə ki, Gəncə üzrə ümumilikdə yığılan 897 729 AZN pulun yalnız 210 934 AZN əhali sektorunun payına düşür. Müsahib əlavə edib ki, Gəncə şəhəri üzrə abunəçilərin yalnız 60%-i ödənişə cəlb olunub. Abbasov onu da əlavə edib ki, bu gün Gəncə şəhəri üzrə 92,5% sayğaclaşma işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti