...

Naxçıvan MR-də Qəsəbə Bələdiyyələri Assosiasiyası yaradıldı

Siyasət Materials 13 Dekabr 2006 12:27 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında Qəsəbə Bələdiyyələri Assosiasiyası yaradıldı. Trend in Naxçıvan Bürosundan bildirilir ki, bununla əlaqədar qurumun təsis yığıncağı keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində baş tutan təsis yığıncağında regionda fəaliyyət göstərən qəsəbə bələdiyyələrindən 30-dan artıq nümayəndə iştirak edib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Qəsəbə Bələdiyyələri Assosiasiyasının yaradılması haqqında qərar yekdilliklə qəbul edilərək, təşkilatın nizamnaməsi müzakirə olundu və qəbul edildi. Qıvraq bələdiyyəsinin üzvü Rauf Əliyev assosiasiyanın sədri seçildi.

Qeyd edək ki, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş, şəhər, qəsəbə və kənd bələdiyyələri assosiasiyalarının yaradılması əsasında regionda belə bir təşkilatın fəaliyyəti ilə bağlı təşəbbüslər 8 qəsəbə bələdiyyəsi tərəfindən irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti