...

Həmməruzəçi: "AŞPA-nın Azərbaycan üzrə hesabatı ölkədə demokratikləşmə məsələlərini əhatə edir"

Siyasət Materials 13 Dekabr 2006 12:51 (UTC +04:00)

AŞPA-nın Azərbaycan üzrə hesabatında ənənəvi islahatlar, siyasi dustaqlar və KİV məsələlərinə xüsusi diqqət ayırılıb. Bu barədə Trend ə AŞPA-nın monitorinq komitiəsinin həmməruzəçisi Andres Herkel məlumat verib.

O qeyd edib ki, bu hesabatın bütün bölmələri əhəmiyyət kəsb edir, çünki bu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və tövsiyyələrin yerinə yetirilməsinə həsr olunub.

"Mən ANS kanalının fəaliyyətinin bərpa olunması faktını təqdir edirəm. Lakin köçürülmüş qəzetlər məsələsi hazırda narahatlıq üçün ən əsas problem olaraq qalır" - deyə A. Herkel qeyd edib.

Həmməruzəçi həmçinin əlavə edib ki,bütünlükdə hesabat Azərbaycanda cəmiyyətin demokratikləşməsi məsələlərini əhatə edir.

Xatırladaq ki, bu gün Parisdə AŞPA komitəsinin Avropa Şurası ölkələrinin öhdəliklərin və tövsiyyələrin yerinə yetirilməsinə həsr olunmuş növbəti iclası baş tutacaq. İclasda AŞPA-nın Monitorinq Komitəsinin bu yaxınlarda Azərbaycanda olmuş həmməruzəçiləri Andres Herkel və Toni Lloydun hesabat layihəsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti