...

AŞ-nın Cənubi Qafqazdakı xüsusi təmsilçisi: "Dağlıq Qarabağın statusu məsələsini "referendum"da yox, danışıqlar yolu ilə həll etmək lazımdır"

Siyasət Materials 13 Dekabr 2006 14:12 (UTC +04:00)
AŞ-nın Cənubi Qafqazdakı xüsusi təmsilçisi: "Dağlıq Qarabağın statusu məsələsini "referendum"da yox, danışıqlar yolu ilə həll etmək lazımdır"

Dağlıq Qarabağın statusu məsələsini "referendum"da yox, danışıqlar yolu ilə həll etmək lazımdır. Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə AŞ-nın Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi Moskvada jurnalistlərlə görüşündə bəyan edib.

Onun sözlərinə görə, "referendum" danışıqlar prosesi çərçivəsində həll olunası məsələləri müəyyən dərəcədə qabaqcadan həll edən situasiya yaradır. "Bu, Dağlıq Qarabağın statusuna aiddir. Bu məsələ indi yer alan danışıqların məğzidir"- o, deyib.

Dağlıq Qarabağda bazar günü keçirilən konstitusia referendumu barədə Avropa Birliyinin mövqeyinə gəlincə isə, P. Semnebi qeyd edib ki, "referendum" nizamlanmaya kömək etməyəcək. "Avropa Birliyi onun tərəflər arasında danışıqların bərpa olunduğu bir vaxtda keçirilməsindən təəssüflənir". O, məlumat verib ki, "yaxın günlərdə Brüsseldə AB sədrinin AB-nin "referendumun" və onun yekunlarının tanımaması barədə bəyannaməsi yayılıb.

Xəbər lenti

Xəbər lenti