...

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirini qəbul edib

Siyasət Materials 13 Dekabr 2006 15:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 13-də Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri İyad ibn Əmin əl-Mədənini qəbul edib. Bu barədə Trend xəbər verir.

Dövlət başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident bildirib ki, Krallığın mədəniyyət və informasiya nazirinin bu səfəri mədəniyyət və informasiya sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafına təsir göstərəcək.

Mədəniyyət naziri Səudiyyə Ərəbistanı kralının salamlarını Azərbaycan prezidentinə çatdırıb. Y.Mədəni də öz növbəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına əminliyini bildirb.

Xəbər lenti

Xəbər lenti