...

Moskvada Heydər Əliyevin anım gecəsi və onun haqqında yeni kitabın təqdimatı keçirilib

Siyasət Materials 13 Dekabr 2006 15:40 (UTC +04:00)
Moskvada Heydər Əliyevin anım gecəsi və onun haqqında yeni kitabın təqdimatı keçirilib

Dekabrın 12-də Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anım gecəsi və Moskvada çap olunmuş "Heydər Əliyev. Taleyin dolanbacları" kitabının təqdimatı keçirilib. Bu barədə Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir.

Anım gecəsini açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu görkəmli siyasi və dövlət xadiminin müasir tarixdəki rolu haqqında danışıb. O qeyd edib ki, Heydər Əliyev Azərbaycanın inkişafı və çiçəklənməsi üçün möhkəm özül qoyan, bugünkü suveren Azərbaycanın memarıdır və həmin siyasi kurs bu gün indiki prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfir həmçinin H.Əliyevin mədəni irsin inkişafında misilsiz töhfəsi haqqında danışıb və qeyd edib ki, incəsənət və mədəniyyət xadimlərinin çoxu öz adlarına görə məhz ona, onun dəstəyi və xeyir-duasına borcludurlar.

Gecədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Beynəlxalq aviasiya komitəsinin sədri Tatyana Anodina, bəstəkar Andrey Eşpay, baş nazirin keçmiş birinci müavini Abbas Abbasov, kinorejissor Yuli Qusman, "Tarixin sualları" jurnalının baş redaktoru Əhməd İsgəndərov, musiqişünas Janna Dozortseva, hüquqşünas Eldar Sərdarov, rəssam Nikas Safronov və başqaları iştirak və çıxış ediblər.

Həmçinin yeni çap olunmuş "Heydər Əliyev. Hakimiyyətin dolanbacları" kitabının müəllifi, müasir Rusiyada 38 tarixi araşdırmanın məşhur müəllifi Nikolay Zenkoviç də çıxış edib.

"Heydər Əliyev, şübhəsiz, görkəmli şəxsiyyətdir və bu barədə heç danışmağa da dəyməz, çünki bu aksiomdur", - deyə o qeyd edib. Müəllif həmçinin bildirib ki, onun Sov.İKP MK Siyasi bürosunun üzvləri və onların qohumları haqqında "Ən məxfi qohumlar" adlı kitabı var. Kitabda 1917-ci ildən sovet dövrünün bitdiyi vaxta qədər dövr əhatə olunub. Siyasi büronun 229 üzvü və onların 1800 nəfər qohumu haqqında məlumat yığılıb. "İnanın ki, mən 1800 nəfərdən yalnız üçünün həyatda sərbəst şəkildə müəyyən uğura nail olduğunu biləndə heyrətə gəldim. Onlardan ikisi siyasətçi deyil. Oğlu müstəqil şəkildə siyasətçi olan və dövlətə başçılıq edən Siyasi büronun yeganə üzvü yalnız Heydər Əliyev idi. O ümidvar olduğunu bildirib ki, tarixçilərin yeni nəsli yeni fikirlərin olduğu kitablarla onun haqqında araşdırmaları tamamlayacaq.

Nikolay Zenkoviç öz kitabının ilk nüsxəsini həyat yoldaşı Emin Ağalarovla Heydər Əliyevin anım gecəsində olan prezidentin qızı Leyla Əliyevaya verib.

Xəbər lenti

Xəbər lenti