...

Rusiyanın daxili işlər naziri və Daxili Qoşunlarının baş komandanının Azərbaycana səfərlərinin dekabrın 22-də baş tutacağı gözlənilir

Siyasət Materials 13 Dekabr 2006 16:00 (UTC +04:00)

Rusiyanın daxili işlər nazirinin və Daxili Qoşunlarının (DQ) baş komandanının Azərbaycana səfərlərinin dekabrın 22-də baş tutacağı gözlənilir. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən məlumat verilib.

Qeyd edək ki, səfər dekabrın 13-də nəzərdə tutulsa da, qeyri-müəyyən səbəblərdən nazir Rəşid Nurqaliyev və Daxili Qoşunların baş komandanı Nikolay Roqojkin həmin tarixdə Bakıya gəlməyib.

Səfər çərçivəsində Azərbaycanın Prezidenti İlham Əliyevlə, daxili işlər naziri Ramil Usubovla və Daxili Qoşunların komandanı Zakir Həsənovla görüşlər, o cümlədən DQ-nin hərbi hissələri ilə tanışlıq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti