...

Gəncədə elektrik enerjisi oğurlayan abunəçilər 38 311 YAM məbləğində cərimə olunub

Siyasət Materials 13 Dekabr 2006 16:18 (UTC +04:00)

Gəncədə elektrik enerjisi oğurlayan abunəçilər 38 311 YAM məbləğində cərimə olunub. Bu barədə məlumatı Trendə Gəncə şəhər Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayev verib.

Onun sözlərinə görə, təkcə noyabr ayı ərzində polis idarəsi ilə şəbəkənin keçirdiyi reyd nəticəsində 187 akt tərtib olunub. Aktlar əsasən sayğaca müdaxilə və sayğacdan kənar elektrik enerjisi istifadə edilməsinə görə tərtib edilib. Onun sözlərinə görə oğurlanan elektrik enerjisi ümumilikdə 137 771- kolvat/saat təşkil edib.

Bu günə kimi isə keçirilən reydlər zamanı 2 mindən çox cərimə akti tərtib edilib.

Xəbər lenti

Xəbər lenti