...

İspaniya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüslə çıxış edə bilər

Siyasət Materials 14 Dekabr 2006 15:09 (UTC +04:00)

İspaniya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüslə çıxış edə bilər. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın İspaniyadakı səfirliyinin ikinci katibi Anar Məhərrəmov ATƏT-in Minsk qrupu həmsədrləri Yuriy Merzlaykov (Rusiya), Bernard Fasye (Fransa) və Metyu Brayzanın (ABŞ) İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinosla Madriddə keçirilən görüşələrini şərh edərkən bildirib.

A.Məhərrəmovun sözlərinə görə, görüş gələn il ATƏT-də sədrlik edəcək İspaniyanın Xarici İşlər Naziliyinin təşəbbüsü ilə keçirilib. Diplomat əlavə edib ki, danışıqların məxfiliyini saxlamaq məqsədilə İspaniya XİN görüşün nəticələri barədə hər hansı bir informasiya verməkdən çəkinir. Yalnız o məlumdur ki, vasitəçilər İspaniya XİN başçısına danışıqlar prosesinin gedişi barədə məlumat veriblər.

Diplomat həmçinin istisna etməyib ki, təşkilatda sədrliyi çərçivəsində İspaniya məsələnin həlli ilə bağlı bəzi təşəbbüslərlə çıxış edə bilər.

Xəbər lenti

Xəbər lenti