...

Naxçıvan MR-də internat məktəbi inşa edilir

Siyasət Materials 14 Dekabr 2006 15:11 (UTC +04:00)

Naxçıvan MR Ordubad rayonu ərazisində yeni internat məktəbi inşa edilir. Trend in Naxçıvan Bürosu xəbər verir ki, artıq binada son tamamlama işləri həyata keçirilir və bina yaxın günlərdə istifadəyə veriləcək.

Obyektdə tikinti tədbirlərini "Gəmiqaya" MMC həyata keçirib. 2 mərtəbə və 23 sinif otağından ibarət internat məktəbi 414 şagird yerlikdir. Ərazidə yataqxana şəraitinin yaxşılaşdırılması məqsədilə 3 mərtəbəli yataqxana binası da inşa olunub.

Ümumilikdə, son 6 ildə Ordubad rayonu ərazisində 13 məktəb binası istifadəyə verilib. Təkcə bu il rayonun ucqar Bist kəndində 156 yerlik, Biləv kəndində isə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramına uyğun olaraq 192 yerlik məktəb binası istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti