...

Dekabrın 15-də hərbi qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir

Siyasət Materials 14 Dekabr 2006 15:23 (UTC +04:00)

Dekabrın 15-də Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, iclasda hərbi qanunvericiliyə əlavə və dəyişikliklər müzakirə olunacaq.

Xatırladaq ki, hazırda qüvvədə olan həri qanunvericiliyə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan layihə Prezident Aparatının mütəxəsisləri tərəfindən hazırlanıb və qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Layihəyə əsasən, hərbi xidmətə çağırışçılar üçün nəzərdə tutulan güzəştlər ləğv olunacaq. Əgər parlament nəzərdə tutulan dəyişiklikləri qəbul etsə, çağırış müddəti 20 gündən 30 günə qədər artırılacaq, ikinci qrup əlil valideyinləri olan çağırışçılar hərbi xidmətə aparılacaq, ali təhsilli çağırışçılar üçün xidmət müddəti bir ildən bir il yarıma qədər artırılacaq, magistratura və aspranturaya sənəd verəcək ali təhsilli çağırışçıların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək və üç övladı olan şəxslərin hərbi xidmətdən azad olunması güzəşti ləğv olunacaq.

Layihə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komisiyasında müzakirə olunub və onun parlamentin plenar iclasına çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti