...

Strasburqda Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 7-ci iclası başa çatıb

Siyasət Materials 14 Dekabr 2006 16:08 (UTC +04:00)

Dekabrın 13-14-də Strasburqda Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 7-ci iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Ialeh Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və Azərbaycanın Avropa İttifaqındakı daimi nümayəndəsi Arif Məmmədov təmsil ediblər. Nümayəndə heyətinin tərkibinə eyni zamanda, Milli Məclisin komissiya sədrlərinin müavinləri Rövşən Rzayev, Azər Əmiraslanov, deputatlardan Gülər Əhmədova, Jalə Əliyeva, Çingiz Əsədullayev, Rauf Əliyev, Ülvi Quliyev və Fuad Muradov daxildirlər.

İclasda Avropa İttifaqını 17 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.

Toplantıda təşkilatla Azərbaycan arasında tərəfdaşlıq, iqtisadi, sosial, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, ölkəmizdə siyasi vəziyyət, insan hüquqları, söz və mətbuat azadlığı, demokratik inkişaf sahəsində atılan addımlar, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, regonal əməkdaşlıqda Azərbaycanın oynadağı rol, Yeni qonşuluq siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Toplantıda vitse-spiker Ialeh Ələsgərov təşkilatın 2005-ci ildə keçirilən iclasının nəticələrinə dair məruzə ilə çıxış edib.

Müzakirələrin sonunda Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq deklarasiyası imzalanıb.

Xəbər lenti

Xəbər lenti