...

Statoil-in vitse prezidenti: "Azərbaycan "Şahdəniz" layihəsinin "Mərhələ-2"-də Avropaya ən iri qaz ixracatçısı olmalıdır

Siyasət Materials 14 Dekabr 2006 16:14 (UTC +04:00)
Statoil-in vitse prezidenti: "Azərbaycan "Şahdəniz" layihəsinin "Mərhələ-2"-də Avropaya ən iri qaz ixracatçısı olmalıdır

Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə "Mərhələ-2" layihəsinin gerçəkləşməsi 2010-cu ildə nəzərdə tutulub. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün Statoil Azerbaican Norveç şirkətinin qaz üzrə vitse prezidenti Yan Xeyberq bəyan edib.

Onun sözlərinə görə, "Mərhələ-2" barədə hər hansı maliyyə qərarlarının 2009-cu ilədək qəbul olunması gözlənilir.

"Mərhələ-2" layihəsinin təsdiq etməzdən əvvəl ilk növbədə qazın ölkələrə satılması barədə müqavilə bağlamaq lazımdır"- o, deyib.

Yan Xeyberq qeyd edib ki, Statoil Azərbaycan qazının Avropada olduğu kimi yerli bazarda da satılacağına ümid edir.

"Biz hesab edirik ki, ikinci mərhələdə çıxarılan qaz Azərbaycanın Türkiyəyə və daha sonra Avropaya ən iri qaz ixracatçısı olmağında bir növ lokomotiv olmalıdır" - deyə o, söyləyib.

Xəbər lenti

Xəbər lenti