...

MSK-nın tam formalaşdırılması məsələsi dekabrın 15-də Milli Məclisdə müzakirə olunacaq

Siyasət Materials 14 Dekabr 2006 17:34 (UTC +04:00)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) tam tərkibdə formalaşdırılması məsələsi Milli Məclisin dekabrın 15-də keçirilən iclasında müzakirə olunacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, məsələ dekabrın 15-də keçiriləcək iclasın gündəliyinə daxil edilib.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə, MSK-nın 18 nəfər üzvü olmalıdır. 18 üzvdən 6-sı parlamentdə çoxluq təşkil edən partiyanı (Yeni Azərbaycan Partiyası), 6 nəfəri parlamentdə azlıq təşkil edən müxalifət partiyalarını və 6 nəfər isə bitərəf deputatları təmsil edir.

Lakin müxalifət MSK-nın paritet (bərabər) əsaslarla formalaşdırılmasını tələb edir. Avropa Şurası və ATƏT də MSK-nın ya paritet əsaslarla, ya da müstəqil ekspertlərdən formalaşdırılmasını vacib sayır.

Müxalifəti təmsil edən və Milli Məclisdə təmsil olunan Müsavat Partiyası isə MSK-da onun üçün nəzərdə tutulan yerə nümayəndə irəli sürməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti