...

YUNİSEF Bakıda 60 illiyini qeyd edib

Siyasət Materials 14 Dekabr 2006 20:45 (UTC +04:00)

Dekabrın 14-də Azərbaycan Dövlət Filarmoniyasında BMT-nin uşaq fondu YUNİSEF-in təşkil olunmasının 60 illiyinə həsr olunmuş mərasim keçirilib.

Trend in verdiyi xəbərə görə, tədbirin açılışında Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev çıxış edib. Onun sözlərinə görə, YUNİSEF 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir və həmişə qadın və uşaqların, xüsusən Dağlıq Qarabağ müharibəsi zamanı zərərçəkmişlərin hüquqlarının müdafiəsində yardımçı olub. E.Əfəndiyev xatırladıb ki, son illər Azərbaycanda iqtisadi dirçəliş müşahidə olunur ki, bu da ölkə prezidentinin xüsusi diqqət ayırdığı uşaqların hüquqlarının müdafiəsi sahəsinə diqqətin artırılmağına imkan verir. O, valideynlərdən məhrum olmuş uşaqlar üçün şəraitin yaradılmasında YUİMNSEF-in Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığının xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.

Açılışda YUNİSEF-in Bakı təmsilçiliyinin rəhbəri xanım Xana Siqner də çıxış edib. O, təşkilatın bütün dünyada və Azərbaycandakı fəaliyyəti barədə məlumat verib. O, uşaq hüquqlarının müdafiəsinin və uşaqlara qayğının artırılmasının vacibliyini vurğulayıb. Tədbir uşaq simfonik orkestrinin çıxışı ilə davam edib.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təbriki oxunub.

Xəbər lenti

Xəbər lenti