...

Kəmaləddin Heydərov FHN-nin iki agentliyində olub

Siyasət Materials 15 Dekabr 2006 12:55 (UTC +04:00)

Dekabrın 15-də Azərbaycanın fövqəlada hallar naziri Kəmaləddin Heydərov nazirliyin nəzdində fəaliyyət göstərən Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ - mədən nəzərəti agentliyi, o cümlədən Dövlət Material Ehtiyatları Agentliyində olub. Bu barədə Trend xəbər verir.

Nazir hər iki agentliyin əsaslı təmirdən çıxmış inzibati binalarına baxış keçirib. Nərimanov rayon ərazisində yerdləşən Dağ-mədən Agentliyinin otaqları ilə tanış olan nazir Agentliyin nəzdindəki muzeyə də baş çəkib. Muzeydə Azərbaycanın neftçırtma tarixinə aid eksponatlara baxıb. Burada həmçinin ötən əsrin əvvəlində Azərbaycanın neft milyonçuları tərəfindən müxtəlif ölkələrdən gətirilmiş ilk neftçıxarma qurğularının modellərinə də baxış keçirib.

Tədbir FHN-də kollegiya iclası ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti