...

Azərbaycan prezidenti Aİ-nin xüsusi nümayəndəsi ilə Avropa qonşuluq siyasətinin realizəsi məsələlərini müzakirə edib

Siyasət Materials 15 Dekabr 2006 14:43 (UTC +04:00)

Dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. Trend xəbər verir ki, ölkə başçısı bildirib ki, Azərbaycanla Aİ arasında münasibətlər uğurla davam edir, "Avropa qonşuluq siyasəti" təşəbbüsünün realizəsi istiqamətində əlaqələr, eləcə də energetika sahəsində əməkdaşlıq genişlənir.

Prezident qeyd edib ki, Brüsselə son səfəri Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı işində böyük rol oynayır. O, tərəflər arasında əlaqələrin gələcəkdə inkişaf edəcəyinə əminliyini bildirib.

P.Semnebi də öz növbəsində əlavə edib ki Azərbaycan və Aİ arasında əməkdaşlıq uğurla davam edir. Diplomat Aİ-nin xarici əlaqələr üzrə ali komissarı Xavyer Solananın salamlarını çatdıraraq əlavə edib ki, Brüsseldə keçirilən danışıqlar uğurlu olub.

Xəbər lenti

Xəbər lenti