...

Gəncədə 12 980 sayğaclı abunəçi mavi yanacağın haqqını ödəməkdən yayınır

Siyasət Materials 15 Dekabr 2006 14:55 (UTC +04:00)

Ötən ay Gəncədə qaz pullarının yığımı 50,2 faiz olub. Bu barədə məlumatı Trendin Qərb Bürosuna Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəisi Ramiz İsmayılov verib.

Onun sözlərinə görə, bu, ötən aylarla müqayisədə yaxşı göstəricidir. "Ötən aylara nisbətən yığım artıb. Lakin bu hələ işin tam qaydaya düşməsi deyil. 2006-ci ildə əhalinin idarəyə 7 milyon manat borcu qalmaqdadır. Biz çalışırıq ki, heç olmasa bu ilki borcları yığaq" deyə R. İsmaılov bildirdi.

Müsahib həmçinin onuda qeyd etdi ki, şəhərdə 30 176 sayğaclı abunəçi var. Ötən ay onlardan 12 980-i istifadə etdiyi mavi yanacağın pulunun bir manıtını da ödəməyib. Belə abunəçilər idarəyə 35 305 YAM pul borcludurlar. 32 450 sayğacsız abunəçidən isə 21 190 noyabr ayı ərzində ödəniş etməyərək idarəyə 287 000 YAM borclu qalıb.

R. İsmayılovun sözlərinə görə, şəhər ərazisində sayğaclaşdırma işi sürətlə davam etməkdədəir. Bu ay 1582 sayğac quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti