...

"Gəncə Cihaz" ATSC-yə 3 milyon 500 min avro investisiya qoyulub

Siyasət Materials 15 Dekabr 2006 14:58 (UTC +04:00)

Özəlləşdirilməsi tam başa çatan Gəncə şəhər Çihazqayırma Zavodunun səhimlərinin 85 faizinə sahib olan "QALS Service" MMC müəssisədə müasir standartlara çavab verən su və qaz sayğaclarının istehsalına başlayıb. Bu barədə məlumatı Trendə "Sənaye Cihaz" ATSC direktoru Faiq Yelisuyski verib.

Onun sözlərinə görə, "QALS Service" şirkəti zavoda 3 milyon 500 min avro dəyərində investisiya qoyub: "Vəsaitin 70 faizinin müasir qaz sayğaclarının istehsalı məqsədi ilə yeni avadanlıqların alınmasına xərclənəcəyi nəzərdə tutulur. İnvestisiyanın digər hissəsinin isə zavodda təmir-bərpa işlərinin hayata keçirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə iaşə, sosial və s. obyektlərin tikilməsinə sərf olunacağı planlaşdırılır" deyə F. Yelisuyski bildirib.

F.Yelisuyski müəssisənin balansında olan binalarda bir sıra görüşlərin, tədbirlərin keçirilməsi üçün 3 böyük konfrans zalının, həmçinin kafe və yeməkxanaların da istifadəyə veriləcəyini bildirdi.

Xəbər lenti

Xəbər lenti