...

Gəncə avtomobil zavodunun başçısı: Azərbaycan 2007-ci ilin yanvarından Belarus traktor və yük maşınlarının istehsalına başlayır

Siyasət Materials 15 Dekabr 2006 17:15 (UTC +04:00)
Gəncə avtomobil zavodunun başçısı: Azərbaycan 2007-ci ilin yanvarından Belarus traktor və yük maşınlarının istehsalına başlayır

Azərbaycanın Gəncə avtomobil zavodunun başçısı Xanlar Fətiyevin Trend ə verdiyi məlumata görə, gələn il yanvarın üçüncü dekadasında zavod Minsk traktor zavodu və Minsk avtomobil zavodunun istehsalı olan "MAZ" markalı yük maşınları və traktorlarının istehsalına başlayacaq.

Bu müəssisələrin istehsalı olan yük avtomobilləri və traktorlarının bütün qammasının Azərbaycanda yığılması və satışı ilə bağlı kontrakt noyabrın sonunda Minskdə imzalanıb.

Yığılmaya 15 min kvadratmetr ərazidə başlamaq planlaşdırılır.

Minsk traktor zavodu məhsulun 500 modlifikasiyasını, avtomobil üzrə - 400 modifikasiyasını istehsal edir.

Gəncə zavodu Azərbaycanda ildə 1000 yük maşını və 1000 traktor yüğmağa qabildir. Hazır məhsulun satışı zavodun dilerləri vasitəsilə həyata keçiriləcək.

Müəssisədə artıq Çinin "Cangan" avtomobilləri yığılır.

Xəbər lenti

Xəbər lenti