...

Azərbaycan və Rumıniya qanunverici orqanlarının rəhbərləri qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 15 Dekabr 2006 18:34 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rumıniya parlamentinin sədri Nikolay Vekeroyu ikitərəfli və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcək. Bu barədə Trend ə Azərbaycanın Rumıniyadakı səfirliyinin məsləhətçisi Tural Rzayev xəbər verib.

Danışıqlar rumıniyalı həmkarının dəvətilə Azərbaycan parlamenti başçısının Rumıniyaya dekabrın 18-20-də baş tutacaq rəsmi səfəri çərçivəsində aparılacaq.

Hazırda səfirlik baş tutacaq səfərin proqramını və danışıqların gündəliyini razılaşdırır. Səfər çərçivəsində Oqtay Əsədovun N.Vekeroyu ilə, ölkənin parlament üzvləri ilə görüşü nəzərdə tutulub. Azərbaycan Milli Məclisinin sədri ölkə rəhbərliyi, həmçinin prezidentlə görüşlər keçirməyi də planlaşdırır.

Xəbər lenti

Xəbər lenti