...

Vaqif Əliyev: Müharibə şəraitində yaşayan ölkə vətəndaşının himayəsində neçə uşaq olmasına fərq qoyulmamalıdır

Siyasət Materials 15 Dekabr 2006 18:42 (UTC +04:00)

Müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşının himayəsində neçə uşaq olmasına fərq qoyulmamalıdır. Trend xəbər verir ki, bu barədə dekabrın 15-də jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşaviri Vaqif Əliyev məlumat verib.

"Himayəsində 3 uşaq olan şəxslərin hərbi xidmətə çağırılması məsələsi Milli Məclisdə müzakirə olunacaq. Prezidentin müvafiq sərəncamı ilə himayəsində azyaşlı uşağı olan əsgərlərə təzminat verilir. Gələcəkdə isə bu təzminat artırıla da bilər" - deyə V.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti