...

Dünya bankı 2007-ci ildə Azərbaycanda inflyasiyanın 12-15% artacağını proqnozlaşdırır

Siyasət Materials 15 Dekabr 2006 18:57 (UTC +04:00)
Dünya bankı 2007-ci ildə Azərbaycanda inflyasiyanın 12-15% artacağını proqnozlaşdırır

Dünya bankının proqnozlarına görə, 2007-ci ildə Azərbaycanda inflyasiyanın artım templəri 12-15%-ə çata bilər. Trend xəbər verir ki, bu barədə bugünkü mətbuat konfransında Dünya bankının Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Kristian Pitersen məlumat verib. Onun sözlərinə görə, DB Azərbaycanda inflyasiya proseslərinin qiymətləndirilməsi istiqamətində dərin təhlil aparıb.

"Dövlət büdcəsinin xərcləri sürətli templərlə artır, bu isə ölkədə infrastrukturun və sosial xidmətlərin bərpası üçün çox mühümdür. Eyni zamanda bu, ölkədə pul kütləsinin artmasına səbəb olur və son rübdə pul kütləsi 80% artıb", - deyə K.Pitersen qeyd edib.

Əgər DB-nin tədqiqatları və tədqiqat institutlarının statistik modellərinə əsaslansaq, bu proseslər inflyasiyanın artmasına səbəb olacaq.

"Mən gələn inflyasiyanın 12-15%-ə çatması ehtimalını istisna etmirəm, bu isə büdcə xərclərinin artım templərindən asılı olacaq. Bir tərəfdən, inflyasiyanın səviyyəsi, digər tərəfdən qeyri-neft sektorunda səmərəliliyin artması, ölkədə infrastrukturun yenidən qurulması və büdcə xərclərinin artması arasında balans var", - deyə DB nümayəndəsi hesab edir.

O əminliklə bildirib ki, inflyasiyanın artım templəri qeyri-məqsədəuyğun səviyyəyə çatarsa, hökümət artımın qarşısını almaq üçün son tədbirlərə əl atacaq.

Xəbər lenti

Xəbər lenti