...

Nazir: "Şahdəniz" yatağındakı qazın Türkiyəyə düşən hissəsinin paylaşdırılması üçün bir çox məsələləri həll etmək lazımdır

Siyasət Materials 15 Dekabr 2006 19:01 (UTC +04:00)
Nazir: "Şahdəniz" yatağındakı qazın Türkiyəyə düşən hissəsinin paylaşdırılması üçün bir çox məsələləri həll etmək lazımdır

"Şahdəniz" yatağındakı təbii qazın Türkiyəyə düşən hissəsinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında bölüşdürülməsi məsələsi üzrə son razılığa gəlmək və müqavilənin bağlanması üçün bir çox hüquqi məsələləri həll etmək lazımdır.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin bu gün Trend ə eksklüziv olaraq verdiyi məlumata görə, Azərbaycan, Gürcüstan və Türkiyə qaz üzrə danışıqları davam etdirirlər.

Xatırladaq ki, ölkələr 2007-ci ildə əvvəl əldə etdikləri razılaşmalar üzrə Türkiyənin payına düşən 2,8 mlrd. m3 həcmdə qazın bir hissəsinin paylaşdırılması haqqında saziş imzalamalıdırlar.

Nazirin sözlərinə görə, tərəflər müqavilənin mövcud hüquqi tərtibatında dəyişikliklər etmək üçün sənədlər hazırlamalıdırlar.

"Sənəd sadə deyil. Həmçinin hökümətlərarası sazişə də əlavələr etmək lazımdır", - deyə N.Əliyev bildirib.

Nazir qeyd edib ki, Türkiyənin payına düşən qazın ölkələr arasında bölüşdürülməsi haqqında bu və ya digər razılaşmanın olmasına baxmayaraq, işin əsas hissəsi məhz hüquqi hissəyə, yeni sazişin tərtibatı və hazırlanmasına düşür.

Xəbər lenti

Xəbər lenti