...

Vahid Əliyev: İndiyədək nə ermənilərin bizdə, nə də bizim ermənilərdə əsirimiz qalmayıb

Siyasət Materials 15 Dekabr 2006 19:12 (UTC +04:00)
Vahid Əliyev: İndiyədək nə ermənilərin bizdə, nə də bizim ermənilərdə əsirimiz qalmayıb

İndiyə qədər nə ermənilərin əsiri bizdə, nə də bizim əsirimiz ermənilərdə qalmayıb. Trend in xəbərinə görə, bu barədə dekabrın 15-də jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev məlumat verib.

V.Əliyev bildirib ki, dekabrın 7-də erməni hərbçilərinə əsir düşmüş əsgərimiz Vüsal Qaracayevlə bağlı hələlik heç bir yenilik yoxdur. V.Əlyiev əsgərin erməni hərbçilərinə könüllü şəkildə əsir düşməsi ilə bağlı son günlər ictimaiyyət arasında danışılanlara da münasibət bildirib. "Əsgərin hansı şəkildə əsir düşməsini yalnız onun geri qaytarılmasından sonra araşdırmaq mümkündür"- deyə V.Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda əsgərin əsirliklikdən azad edilməsi ilə əlaqədar müvafiq orqanlar tərəfindən iş davam etdirilir və danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti