...

Kəmaləddin Heydərov: 2006-cı il ərzində yanğınsöndürənlərimiz 210 nəfəri xilas ediblər

Siyasət Materials 15 Dekabr 2006 19:19 (UTC +04:00)

2006-cı il ərzində yanğınsöndürənlərimiz 210 nəfəri xilas ediblər. Trend in xəbərinə görə, bu barədə dekabrın 15-də FHN Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon hissəsindəki iclasda çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazir bildirib ki, il ərzində respublika ərazisində 1934 yanğın hadisəsi qeydə alınıb, bu yanğınlardan 59-u yüksək nömrəli çağırışla söndürülüb. Baş verən yanğınlar nəticəsində 76 nəfər xəsarət alıb, 31 nəfər isə ölüb. Dünyasını dəyişənlərdən 9 nəfəri azyaşlıdır.

Yanğınların söndürülməsi zamanı 157 çoxmənzilli yaşayış binaları, 978 fərdi yaşayış evi, 107 dövlət müəssisəsi və 67 özəl müəssisə yanğından qorunub.

Xəbər lenti

Xəbər lenti