...

Azərbaycan XİN başçısı Piter Semnebini qəbul edib

Siyasət Materials 15 Dekabr 2006 20:57 (UTC +04:00)

15 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul etmişdir. Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq, bu səfərindən sonra Ermənistana səfər edəcəyini bildirmişdir. Daşlıq Qarabaşda keçirilən qeyri-konstitusion referendumla başlı narazılışını ifadə edən P.Semnebi bu səbəbdən bölgəyə səfər edə bilmədiyini diqqətə çatdırmış, müəyyən müddətdən sonra Daşlıq Qarabaşa da səfər edəcəyini, həmçinin Azərbaycanda mövcud olan qaçqın düşərgələrinə baş çəkmək və onların vəziyyəti ilə yaxından tanış olmaq niyyətində olduşunu qeyd etmişdir.

Qonaq, həmçinin Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlışa toxunaraq, bu yaxınlarda imzalanmış Aİ Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın Fəaliyyət Planının və enerji sahəsində əməkdaşlıqla başlı memorandumun bu əlaqələri daha da intensivləşdirəcəyinə əminliyini ifadə etmişdir. Tezliklə Avropa İttifaqının ölkəmizdə nümayəndəliyinin açılacaşını bildirən qonaq, bu addımın əməkdaşlışa böyük töhfə verəcəyini qeyd etmişdir.

Nazir Elmar Məmmədyarov da öz növbəsində, Ermənistan-Azərbaycan Daşlıq Qarabaş münaqişəsinin ciddi məsələ olduşunu və xarici siyasətimizin ən əsas problemi kimi daim diqqət mərkəzində olacaşını nəzərə çatdırmışdır. Azərbaycan torpaqlarının işşalı faktoru ilə yanaşı, münaqişənin ölkəmizin və regionun gələcək inkişafı baxımından da həll edilməsinin önəmini vurşulamışdır.

Nazir məsələnin GUAM-ın irəli sürdüyü təşəbbüs çərçivəsində BMT-nin 61-ci sessiyasının gündəliyində olduşunu xatırlatmış və müzakirəyə çıxarılacaşını qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doşuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti