...

Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramları ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Siyasət Materials 16 Dekabr 2006 11:36 (UTC +04:00)

Dekabrın16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri peşə bayramları ilə əlaqədar Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət ediblər. Trend in xəbərinə görə, ziyarətdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib.

FHN işçiləri tərəfindən mərhum prezident Heydər Əliyevin və şəhidlərin məzarları önünə gül-çiçək dəstələri qoyulub, onların xatirəsi yad edilib.

Azərbaycanda Fövqəladə Hallar Nazirliyi Prezident İlham Əliyevin sərəncamı ilə 16 dekabr 2005-ci il tarixdə yaradılıb. Dövlət Yanğından Mühafizə Xidməti, Sularda Xilasetmə Xidməti, Mülki Müdafiə Sənayesi və bir sıra digər qurumlar bu nazirliyinin tərkibinə verilib.

Xəbər lenti

Xəbər lenti