...

Gəncədə daha çox əmək hüquqlarının pozulması faktı "Gil Torpaq" istehsalat sahəsində olub

Siyasət Materials 16 Dekabr 2006 11:48 (UTC +04:00)

Gəncədə daha çox əmək hüquqlarının pozulması faktı "Gil Torpaq" istehsalat sahəsində olub. Bu barədə məlumatı Trendin Qərb Bürosuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı Regional Əmək Müfəttişliyinin rəisi Əkbər Nəsirli verib. Onun sözlərinə görə, müfəttişliyə daxil olan 245 ərizənin 150-si Prezident Aparatı və digər dövlət qurumlarına olunan müraciətlər əsasında göndərilib, 95 şikayət isə birbaşa əmək müfəttişliyinə daxil olub.

Narazılıqlar əsasən sənaye müəssisələrində çalışanlar tərəfindəndir. Daha çox şikayət isə öncəki illərdə də olduğu kimi, "Gil Torpaq" İstehsalat Sahəsindən daxil olub. Müfəttişliyə şəhərin müxtəlif orta məktəblərində işləyənlərin də müraciətləri çoxluq təşkil edənlər sırasındadır.

Müsahibin sözlərinə görə əməkçilərin hüquqlarının pozulması hallarının əksəriyyəti isə onların iş vaxtı aldıqları zərər ödəncinin verilməməsi, əsassız işdən azad edilmə, əmək müqaviləsi olmadan işlədilmə, məvacib və sosial müvanətlərin düzgün hesablanmaması ilə bağlıdır.

Əkbər Nəsirli şikayətlərlə bağlı yerlərdə araşdırma aparan idarə müfəttişlərinin hüquq pozuntuları aşkar olunan zaman lazımi tədbirlərin gördüklərini bildirdi. O, müraciətlərin əksər hallarda müsbət yöndə öz həllini tapdığını deyir. Şöbə rəisi həmçinin işçilərin əmək hüqüqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı cərimələrin də tətbiq edildiyini qeyd etdi.

Xəbər lenti

Xəbər lenti