...

Cari ilin 11 ayı ərzində Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 399 nəfər işlə təmin olunub

Siyasət Materials 16 Dekabr 2006 11:51 (UTC +04:00)

Cari ilin 11 ayı ərzində Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 399 nəfər işlə təmin olunub. Trend in Naxçıvan Bürosu adıçəkilən mərkəzə istinadən xəbər verir k, bu ilin müvafiq dövrü ərzində 992 nəfər işaxtaran kimi qeydiyyata alınıb.

Naxçıvan Şəhər Məşğulluq Mərkəzindən Trend ə bildiriblər ki, bu il həm də 204 işsiz vətəndaşa 66 min 129 manat məbləğində müavinət ödənilib. Qeyd olunan müddət ərzində 10 nəfər işsiz vətəndaş montyor kurslarına cəlb edilərək sonrakı mərhələdə işlə təmin olunub. Hazırda daha 10 nəfər mərkəz tərəfindən digər ixtisaslara aid kurslara göndərilib.

Ümumilikdə, cari il işə düzələn 399 nəfərin tam əksəriyyətini gənclər təşkil edib. Onlardan 229 işsiz vətəndaşın dövlət müəssisələrində, digərlərinin isə özəl bölmələrdə əmək fəaliyyəti təmin edilib.

Xəbər lenti

Xəbər lenti