...

XİN başçısı: Azərbaycan inanmaq istəyir ki, Ermənistan Dağlıq Qarabağ probleminə ciddi yanaşacaq və siyasi nöqteyi-nəzərdən vaxt öldürməyə çalışmayacaq

Siyasət Materials 16 Dekabr 2006 12:13 (UTC +04:00)
XİN başçısı: Azərbaycan inanmaq istəyir ki, Ermənistan Dağlıq Qarabağ probleminə ciddi yanaşacaq və siyasi nöqteyi-nəzərdən vaxt öldürməyə çalışmayacaq

2006-cı ildə Dağlıq Qarabağ üzrə danışıqların nəticəsi müsbət olub. Trend xəbər verir ki, bu barədə Azərbyacan XİN başçısı Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, bunu ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiq edib. Nazir qeyd edib: "Biz çox məsələləri müzakirə etmişik. Yalnız bir ciddi məsələ qalıb və əgər biz bu məsələnin həllini tapsaq, bu, irəliyə atılmış addım olacaq. Digər tərəfdən, biz inanmaq istəyirik ki, Ermənistan Dağlıq Qarabağ probleminə ciddi yanaşacaq və siyasi nöqteyi-nəzərdən vaxt öldürməyə çalışmayacaq".

Keçən illə müqayisədə bu il məsələnin həllinin hərbi yolla həll edilməsi ehtimalının artıb-azalması ilə bağlı E.Məmmədyarov bildirib ki, o, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Hərbi yolla həll Azərbaycanın, eləcə də bütün regionun həm iqtisadiyyatına, həm inkişafına mənfi təsir göstərə bilər.

Xəbər lenti

Xəbər lenti