...

Səfir: Azərbaycan-Gürcüstan sərhədindəki qarışıqlıq iki ölkənin kiçik və orta biznesi arasında münasibətlərin inkişafına mane olur

Siyasət Materials 16 Dekabr 2006 12:19 (UTC +04:00)
Səfir: Azərbaycan-Gürcüstan sərhədindəki qarışıqlıq iki ölkənin kiçik və orta biznesi arasında münasibətlərin inkişafına mane olur

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev gürcü gömrükçülərinin özbaşınalığına qarşı etiraz edir. Səfir "Mze" telekanalında "Kapital" teleproqramına bildirib ki, bu, Azərbaycandan gələn maşının çənində 5 litrdən çox benzinin olmasını qadağan edən sərəncama aiddir. Bu barədə Trend in xüsusi müxbiri xəbər verir.

"Mən bu əmrin mənbələrini aydınlaşdırmağa çalışdım, lakin rəsmi olaraq mənə bildirdilər ki, bu məsələ üzrə heç bir normativ sənəd yoxdur. Məxfi sərəncam gömrükçülər tərəfindən icra olunur və bu, azərbaycanlı iş adamlarının narazılığına səbəb olur", - deyə o bildirib.

Azərbaycan səfiri vurğulayıb ki, belə faktlar Gürcüstanda işləmək istəyən Azərbaycanın orta və kiçik biznes nümayəndələrinin narazılığına səbəb olur və həmin faktlar onları fəaliyyətdən saxlayır. "Məsələn, iş adamlarını Gürcüstan-Azərbaycan sərhədində Bakıdan gələn qatarın 5 saat dayanması faktı da əsəbiləşdirir. Bu vaxt ərzində gürcü sərhədçiləri və gömrükçüləri yavaş-yavaş, tələsmədən yoxlayırlar və bu prosedur uzanır", - deyə o qeyd edib.

Böyük biznes səviyyəsində isə, səfir N.Əliyev hesab edir ki, ölkələr arasında iqtisadi münasibətlər lazımi istiqamətdə inkişaf edir və intensiv xarakter alır.

Xəbər lenti

Xəbər lenti