...

Kəmaləddin Heydərov: Fövqəladə Hallar Nazirliyi yaranandan qısa müddət ərzində problemlərin həllində böyük dönüş yaranıb

Siyasət Materials 16 Dekabr 2006 12:22 (UTC +04:00)
Kəmaləddin Heydərov: Fövqəladə Hallar Nazirliyi yaranandan qısa müddət ərzində problemlərin həllində böyük dönüş yaranıb

Fövqəladə Hallar Nazirliyi (FHN) yaranandan qısa müddət ərzində problemlərin həllində böyük dönüş yaranıb. Trend xəbər verir ki, bu sözləri dekabrın 16-da FHN-nin peşə bayramı ilə əlaqədar keçirilmiş tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov sözyləyib.

Elm və texnologiya inkişaf etdikcə təbii faləktlərlə yanaşı texnogen mənşəli qəzaların baş vermə ehtimalları da artır. Əhalinin təhlükəsizliyinin təmin edilməsi dövlətin prioritet vəzifələrindən biridir və bunu nəzərə alan ölkə başçısının sərəncamı ilə 1 il əvvəl Fövqəladə Hallar Nazirliyi yaradılıb.

Nazir vurğulayıb ki, bu gün Fövqəladə Hallar Nazirliyi fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini öz səlahiyyətli daxilində tam idarə etmək qabiliyyətindədir.

"Nazirliyin tabeliyinə verilən mövcud strukturların işi ilə tanışlıq göstərdi ki, Nazirlik yaradılana qədər ölkə ərazisində baş verən fövqəladə halların nəticələrinin aradan qaldırılması müxtəlif dövlət strukturları tərəfindən həyata keçirildiyindən pərakəndəliyə yol verilib. Mövcud əsas fondların 60 faizindən çoxu istismar üçün yararsız idi, qurumlararası qarşılıqlı əlaqə yox dərəcəsində idi, maddi texniki baza zəif idi, işçilərin əmək haqqı aşağı idi, nizam-intizam gözlənilmirdi və s.. Lakin Fövqəladə Hallar Nazirliyinin yaranmasından ötən qısa müddət ərzində bu sahələrdə böyük dönüş yaranıb" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti