...

Gəncənin 5 orta məktəbində karantin elan olunub

Siyasət Materials 18 Dekabr 2006 13:35 (UTC +04:00)

Hepatit A virusunun yayılması ilə əlaqədar Gəncənin 5 orta məktəbində karantin elan olunub. Bu barədə Trendin Qərb Bürosuna şəhərin baş epidemioloqu Almaz Tomiyeva məlumat verib.

Müsahibin sözlərinə görə, karantin elan olunanlar 36, 13, 2, 42 və 40 saylı məktəblərdir. Tomiyeva bildirdi ki, karantinlə əlaqədar olaraq bu məktəblərin rəhbərlərinə bir sıra tapşırıqlar verilib: "Məktəb direktorlarına tapşırılıb ki, hepatit xəstəliyinə tululan şagirdlərin oxuduğu siniflər nəzarətdə saxlanılsın, ora yeni şagirdlərin köçürülməsi qadağan olunsun. Bundan başqa, məktəblərdə sinif otaqlarının, sanitar qovşaqların və dəhlizlərin dezinfeksiya olunması tapşırılıb. Biz çalışırıq ki, xəstəliyin yayılması yollarını aradan qaldıraq"

A. Tomiyavanın sözlərinə görə, 36 saylı orta məktəbdə 7, 13 saylı məktəbdə 5, 2 saylı məktəbdə 2, 42 saylı məktəbdə 2, 40 saylıda 3 nəfər hepatit A virusuna yoluxub. Gəncə şəhər Sanitar-Epidemilogiya Mərkzəzi Təhsil İdarəsinə orta məktəblərə dezinfeksiyaedici maddələrin alınması üçün köməklik göstərilməsi barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti