...

Naxçıvan şəhərində 7№-li məktəbəqədər tərbiyə müəssisəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Siyasət Materials 18 Dekabr 2006 13:58 (UTC +04:00)

Naxçıvan şəhərində yeni məktəbəqədər tərbiyə müəssisəsinin açılışı olub. Trend in Naxçıvan Bürosu xəbər verir ki, ilk dəfə 1966-cı ildə isifadəyə verilmiş bu obyek son dövrlərdə əsaslı yenidənurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.

Açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, o cümlədən bir sıra rəsmi şəxslər iştirak edib. Ali Məclis sədri məktəbəqədər tərbiyə müəssisəsinə uğurlar arzulayaraq regionda bərpasına və yenidənqurulmasına ehtiyac olan bütün təhsil müəssisələrində quruculuq tədbirlərinin bundan sonra da həyata keçiriləcəyini bildirib.

Hazırda 109 uşağın təhsil alacağı iki mərtəbədən ibarət binada iş şəraiti üçün hər cür şərait yaradılıb. İstilik sistemləri əsaslı surətdə yeniləşdirilərək bütün yaş qrupları üçün ayrı-ayrı sinif otaqları, metodiki kabinələr, tibbi müayinə otaqları təşkil edilib.

Xəbər lenti

Xəbər lenti