...

Asim Mollazadə ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi və buradakı icmalarla görüş keçirib

Siyasət Materials 18 Dekabr 2006 14:32 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə ABŞ səfəri zamanı Los-Ancelesdə Şəhər Şurasının sədri Erik Qarsetti ilə görüş keçirib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə ABŞ-ın Kaliforniya ştatı ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə edilib. Həm Azərbaycanda, həm də Kaliforniyada mövcud olan böyük potensialın tərəflər arasındakı əməkdaşlığın genişləndirilməsinə yönəldilməsinin vacibliyi vurğulanıb. Demokratik İslahatlar Partiyasının sədri burada Türkiyənin Los-Ancelesdəki Baş konsulu Engin Ansayla da görüşüb. Görüşdə Türkiyə ilə Kaliforniya arasındakı əməkdaşlıq, Los-Ancelesdəki türk icmasının fəaliyyəti, Türkiyə hökuməti tərəfindən təşkil olunan mədəni tədbirlər və digər məsələlər müzakirə predmeti olub.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Asim Mollazadə bu şəhərdə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb. Bu görüşə Azərbaycan-Amerika Kaliforniya Şurasının nümayəndələri də qatılıb.

Asim Mollazadənin Kaliforniya ştatına səfəri davam edir. Dekabrın 18-də onun Kaliforniya ştatının Senatının aparıcı üzvləri, o cümlədən Senatda əksəriyyət təşkil edən qrupun sədri Karen Bassla görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti