...

Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının 6-ci iclasının yekunlarına dair mətbuat konfransı keçirilib

Siyasət Materials 18 Dekabr 2006 15:00 (UTC +04:00)

Dekabrın 18-də Bakıda Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Şurası ilə ikitərəfli parlamentlərarası komissiyasının 6-ci iclası keçirilib.

Trend xəbər verir ki, görüş başa çatandan sonra ikitərəfli parlamentlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və Rusiyadan olan həmsədri, Federasiya Şurası sədrinin müavini Svetlana Orlova birgə mətbuat konfransı keçiriblər.

S.Orlova qeyd edib ki, Azərbaycan və Rusiya qanunverici orqanları arasında indiyə qədər yaxşı əməkdaşlıq əlaqələri olub və bu proses davam etdiriləcək.

O, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putin arasında arasında keçirilən görüşə də toxunub. "2006-cı il ərzində iki ölkə prezidentləri arasında keçirilən görüşlərdə müzakirə olunan məsələlərin həyata keçirilməsi Azərbaycan və Rusiya əlaqələrini inkişaf etdirmək baxımından əhəmiyyətlidir" - deyə Svetlana Orlova bildirnib.

Komissiyanın rusiyalı həmsədri vurğulayıb ki, ölkəsini təmsil edən müşahidəçilər Azərbaycanda keçirilən seçkiləri izləyiblər və beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə ediblər. "Azərbaycanda keçirilən sonunçu seçkilərə ATƏT ikili standartlarla yanaşırdı. Lakin Rusiyadan olan müşahidəçilərin açıqlamaları bu ikili standartlara son qoydu."

O qeyd edib ki, son on ildə Azərbaycan dinamik inkişaf edir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə qeyd edib ki, Azərbaycanla Rusiya arasında əlaqələr dinamik şəkildə inkişaf edir. "Azərbaycanın zəngin dövlət kimi inkişaf etməsi və bölgənin lider dövlətinə çevrilməsi bu əlaqələrə müsbət təsir " - deyə Valeh Ələsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti