...

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov 2007-ci ilin mart ayında Azərbaycana səfər edəcək

Siyasət Materials 18 Dekabr 2006 15:25 (UTC +04:00)

Rusiya parlamenti yuxarı palatasının - Federasiya Şurasının sədri Sergey Mironov 2007-ci ilin mart ayında Azərbaycana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə jurnalsitlərə Rusiya Federasiya Şurası sədrinin müavini, Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr komissiyasının həmsədri Svetlana Orlova bildirib.

Onun sözlərinə görə, Sergey Mironovun Azərbaycana səfəri zamanı iki ölkə arasında əlaqələrin müxtəlif sahələrinə dair müzakirələr aparılacaq.

Xatırladaq ki, Rusiya Federasiya Şurası sədrinin Azərbaycana səfəri 2006-cı ilin noyabr - dekabr aylarına nəzərdə tutulsa da, obyektiv səbəblərə görə səfər təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti