...

Rusiya Federasiya Şurası sədrinin müavini: "Rusiyada Azərbaycandan xeyli sayda əmək miqrantının işləməsi müsbət haldır"

Siyasət Materials 18 Dekabr 2006 16:13 (UTC +04:00)

Hazırda Rusiya Federasiyasında miqrasiyaya haqqında qanunlar qəbul olunur.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlova bildirib.

O qeyd edib ki, hazırda Rusiyada Azərbaycandan xeyli sayda əmək miqrantı işləyir və bu da müsbət haldır.

"Miqrasiya şərtlərini yüngülləşdirmək üçün Azərbaycan və Rusiyanın miqrasiya məsələləri ilə məşğul olan müvafiq nazirlikləri arasında danışıqlar aparılır və onlar arasında görüş keçirilib. Hələlik nəticə yoxdur və danışıqlar davam edir" - deyə Svetlana Orlova bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya bazarlarında vəziyyəti tənzimləyəcək qanun üzərində iş aparılır. "Hələlik bu qanun Azərbaycan tərəfi ilə müzakirə olunmayıb. Amma belə bir müzakirələrin aparılacağı gözlənilir."

S.Orlova vurğulayıb ki, iki ölkənin qanunlarının uyğunlaşdırılması prosesi gedir. "Azərbaycan və Rusiyanın vergi qanunvericiliyi beynəlxalq standartlara uyğun olduğuna görə, vergi qanunvericiliyində uyğunlaşdırmaya o qədər də ehtiyac yoxdur. Amma gömrük qanunvericiliyinin uyğunlaşdırılmasına zərurət var. İki ölkə arasında ticarət dövrüyyəsi ildən-ilə artır və ona görə də bu ehtiyac daha da artır."

Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiyada "Sərhəd əməkdaşlığı" qanunu qəbul olunacaq. "Gömrük qanunvericiliyinin uyğunlaşdırılması məsələsi də bu qanunda öz əksini tapa bilər."

Xəbər lenti

Xəbər lenti