...

Azərbaycan-Pakistan hökumətlərarası komissiyanın növbəti iclasının ilkin tarixi müəyyən edilib

Siyasət Materials 18 Dekabr 2006 17:00 (UTC +04:00)

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan hökumətlərarsı komissiyanın növbəti iclasının ilkin tarixi müəyyən edilib. Azərbaycan XİN-dən Trend ə bildiriblər ki, iclasın yanvarın 29-30-da İslamabadda keçirilməsi planlaşdırılıb.

İclas çərçivəsində xüsusən iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır. Komissiya həmçinin daha sıx iqtisadi əlaqələrin qurulması məqsədilə işgüzar adamların qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələlərini də müzakirə edəcək.

Xatırladaq ki, yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyev komissiyanın Azərbaycan hissəsinin yeni tərkibini təsdiq edib. Dövlət başçısının qərarı ilə Azərbaycan tərəfin həmsədri hökumətin baş naziri Yaqub Eyyubov təyin edilib. Komissiyanın tərkibinə Müdafiə Sənayesi, Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil, İnqtisadi İnkişaf, Səhiyyə, Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri və idarələrin başçılarının müavinləri daxildir.

Qeyd edək ki, Pakistan tərəfindən komissiyanın həmsədri Təbii Ehtiyatlar naziri Nuraiz Şakur Xan təyin edilib.

Xəbər lenti

Xəbər lenti