...

Ankarada TÜRKSOY-un yeni binasının açılış mərasimi keçirilib

Siyasət Materials 18 Dekabr 2006 17:49 (UTC +04:00)

Ankarada ümumtürk mədəniyyət və incəsənət birliyinin (TÜRKSOY) yeni binasının açılış mərasimi keçirilib. Trend in verdiyi xəbərə görə, mərasimdə TÜRKSOY-un 23-cü daimi sessiyasında iştirak üçün Türkiyəyə gələn Türkdilli ölkələrin mədəniyyət nazirləri iştirak ediblər.

Türkiyənin mədəniyyət və Turizm Naziri Atilla Koçun qeyd etdiyi kimi, "TÜRKSOY bir növ türkdilli ölkələrin YUNESKO-sudur".

Hər yeni tədbirdən tədbirə TÜRKSOY daha da güclü təşkilata çevrilir"- A. Koç söyləyib. O, qeyd edlib ki, TÜRKSOY-un dəstəyilə türkdilli ölkələrdə 120-dən çox yerdə qazıntı işləri aparılıb ki, bunlara 75 min dollar xərclənib. Onun sözlərinə görə, SSRİ-nin süqutundan sonra bu yeni struktur ölkələr arasında mədəni əlaqəni bərpa edən və möhkəmləndirən tel olub. A. Koç həmçinin məlumat verib ki, 2007-ci ildən başlayaraq bütün türkdilli ölkələrdə TÜRKSOY-un işinə dəstək olacaq Yunus İmrə adına Mədəniyyət mərkəzləri yaradılacaq. Daha sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan və Tatarıstanın mədəniyyət nazirləri qırmızı lenti kəsiblər və bundan sonra TÜRKSOY-un sessiyası başlayıb.

Xəbər lenti

Xəbər lenti