...

Şəkidə YAP Gənclər Birliyinin Regonal Əlaqələndirmə Mərkəzi yaradılıb

Siyasət Materials 18 Dekabr 2006 19:33 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və YAP Şəki təşkilatı Şəki şəhərində bölgə forumu keçirib. Forumda partiyanın Şəki-Zaqatala və Şirvan bölgələri üzrə 11 rayon təşkilatının gənclər birliklərinin sədrləri və onların müavinləri, həmin rayonların gənclər və idman idarələrinin rəhbərləri iştirak ediblər.

YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, forum başlamazdan əvvəl iştirakçılar eks-prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər. YAP-ın Şəki təşkilatının sədri Həsən Həsənov tədbiri açıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Iüqar İsgəndərov və çıxış edən digər şəxslər son illər ölkənin ictimai-siyasi və iqtisadi həyatında gənclərin mövqeyinin daha da möhkəmləndiyini, fəallıqlarının artdığını bildiriblər, Azərbaycanın inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.

Daha sonra bölgələrin YAP rayon təşkilatları gənclər birlikləri sədrlərinin hesabatları dinlənilib.

Tədbirin sonunda YAP Gənclər Birliyinin bu bölgə üzrə Regional Əlaqələndirmə Mərkəzi yaradılıb. Mərkəz Şəkidə fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti