...

Baş nazir: Ukrayna Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır

Siyasət Materials 19 Dekabr 2006 12:13 (UTC +04:00)
Baş nazir: Ukrayna Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır

Ukrayna, xüsusən ticarət-iqtisadi və energetika sahəsində Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. "UNİAN"a istinadən Trend xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Viktor Yanukoviç Azərbaycanın Ukraynadkı səfiri Tələt Əliyevlə görüşündə bildirib.

Ukrayna hökuməti başçısı ikitərəfli mal dövriyyəsi həcminin artmasını qeyd edərək bu göstəricilərin hər iki ölkənin iqtisadi potensialına tam cavab vermədiyini bildirib.

Baş nazirin sözlərinə görə, iqtisadi əməkdaşlıqda ən perspektivli istiqamət yanacaq-energetika kompleksi, xüsusən Xəzər enerji daşıyıcılarının Avropa bazarlarına nəqli üzrə ümumi layihələrin realizəsi sayıla bilər.

Xəbər lenti

Xəbər lenti