...

Azərbaycan Milli Məclisinin sədri Rumıniya prezidenti ilə görüşüb

Siyasət Materials 19 Dekabr 2006 18:22 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin sədri Rumıniya prezidenti ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rumıniya prezidenti Trayan Basesku Azərbaycan və Rumıniya arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə Trend ə Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri Tural Rzayev məlumat verib.

Azərbaycanın parlament sədrinin Rumıniyaya rəsmi səfəri çərçivəsində (18-20 dekabr) keçirilən görüşdə parlamentlərarası münasibətlərin perspektivləri, Dağlıq Qarabağ problemi, regional əməkdaşlıq, Cənubi Qafqazdakı vəziyyət, regional və beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Tərəflər hər iki ölkənin ikitərəfli əməkdaşlığın gələcək inkişafı və dərinləşməsində, beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqədə maraqlı olduqlarını qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti