...

Bankın idarə heyətinin sədri: Dövlət Kapital Bank-ının investisiya reytinqi onun imkanlarını genişləndirəcək

Siyasət Materials 19 Dekabr 2006 19:05 (UTC +04:00)
Bankın idarə heyətinin sədri: Dövlət Kapital Bank-ının investisiya reytinqi onun imkanlarını genişləndirəcək

Dövlət Kapital Bank-ının menecmenti dekabrın 11-də Moody's Investors Service beynəlxalq reytinq agentliyi tərəfindən banka təqdim edilmiş reytinqdən razıdır. Bu barədə Trend xəbər verir. Bankın idarə heyətinin sədri Rauf Rzayevin bugünkü brifinqdə bildirdiyi kimi, milli valyutada depozitlər üzrə Kapital Bank-a investisiya reytinqi verilib (Baa2 səviyyəsində). Agentliyin qiymətləndirmələrinə görə, bank birinci sinif bankların qrupuna aid edilib və ona BaP səviyyəsində reytinq təqdim olunub, bu isə ölkə reytinqindən bir pillə aşağıdır, lakin Moody's üzrə Azərbaycanın maliyyə sektoru üçün maksimaldır. Doğrudur, AR-də Moody's bu reytinqi Azərbaycan Beynəlxalq Bankına da verib.

Sərbəst şəkildə konvertasiya edilən valyutanın mövqeyi üzrə Kapital Bank-ın uzunmüddətli reytinqi spekulyativ reytinqlər qrupunda Ba2 səviyyəsində müəyyən olunub və bu da ölkə reytinqindən bir pillə aşağıdır. "Bankımızın tamamilə təkəbbürlü planları var və bu mövqe üzrə də investisiya reytinqinə çatmaq niyyətindəyik", - deyə R.Rzayev qeyd edib.

Maliyyə sabitliyi riskinin reytinqi ABB-də olduğu kimi E+ səviyyəsində elan olunub. Reytinqin dəyişmə proqnozu - sabitdir.

Bankın başçısının fikrincə, reytinqin olması Kapital Bank-a həm yerli, həm də xarici bazarda aşağı faizli borc almanı həyata keçirməyə imkan verəcək. Həm də bankın milli və xarici valyutada istiqrazların buraxılması üzrə planları var.

Agentliyin məlumatında qeyd olunduğu kimi, E+ reytinqi onun güclənən daxili imkanları, bankın ümumxalq ərazi iştirakı, yaxşı gəlirlilik və sürətlə genişlənən daxili bank bazarında artım potensialı ilə dəstəklənir. Bankın pərakəndə biznesin genişləndirilməsinə cəlb olunması - həmçinin qiymətləndirmənin müsbət amilidir, çünki agentlik inanır ki, sektor hazırda zəif inkişaf edib və irəliyə gedən yaşamaq qabiliyyətinə malik artım üçün yaxşı imkanlar təklif edə bilər. Lakin FSR Kapital Bank-ın kiçik həcmi, onun aşağı bazar payları və zəif kapitallaşdırma ilə məhdudlaşıb.

Bank (əvvəllər Birləşmiş universal səhmdar bankı kimi tanınan) 2000-ci ildə üç dövlət bankının - Əmanət (SSRİ Əmanət bankının Azərbaycan filialının davamçısı), Sənaye-investisiya və Aqrar sənaye bankının şirkətlərinin birləşməsi yolu ilə yaranıb. 2005-ci ilin yanvar ayında Kapital Bank adlanıb. 2000-ci ildən 2004-cü ilə qədər Kapital Bank depozitlərin kreditləşməyə qəbul olunması daxil olmaqla, əsas bank fəaliyyətinə qoyulmuş əhəmiyyətli tənzimləyici məhdudiyyətlərlə məhdud bank lisenziyaları üzrə işləyib. 2004-cü ildə problemli aktivlər Aqrokredit dövlət qeyri-bank təşkilatına verilib və idarə heyətinin hazırki idarəetmə komandası Kapital Bank-ın yeni inkişaf strategiyasını həyata keçirmək üçün təyin olunub.

Kapital Bank 31 dekabr 2005-ci il tarixində maliyyə hesabatının beynəlxalq standartları üzrə 109 mln. ABŞ dolları məbləğində aktivlər və 18,4 mln. ABŞ dolları məbləğində kapitalın olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti