...

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Siyasət Materials 19 Dekabr 2006 19:18 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da "Azərbaycan vətəndaşlarının 2007 ci il yanvarın 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" fərman imzalayıb. Trend xəbər verir ki, fərman 1989-cu ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1972-1988-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşlarının 2007-ci ilin yanvarın 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılmasını nəzərdə tutur.

Eyni zamanda "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2007-ci ilin yanvarın 1-dən 20-dək ehtiyata buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti